Rus Dili

RUS DİLİ

Rus dili, dünyada ən geniş yayılmış slavyan dillərindən biridir və təxminən 260 milyon insan bu dildə danışır. Rus dili, Rusiya, Belarus, Qazaxıstan və digər postsovet ölkələrində ana dil olaraq istifadə olunur. Həmçinin, bir çox xarici ölkələrdə də rus dili öyrənilir, bu da onu beynəlxalq müstəvidə əhəmiyyətli bir dilə çevirir.

Rus dilinin zənginliyi, onun geniş leksikası, ifadə imkanları və ədəbiyyat sahəsindəki irsindən irəli gəlir. Bu dil, poetik və prozaik ifadələrin dərinliyi ilə fərqlənir. Fyodor Dostoyevski, Lev Tolstoy, Anton Çexov və Aleksandr Puşkin kimi rus ədəbiyyatı nümayəndələrinin qlobal mədəniyyətə göstərdiyi böyük təsir onun, dünya ədəbiyyatı arasında özünəməxsus yer tutmasına səbəb olub.
Rus dili öyrənmək, Sizə sadəcə xarici dil bilgisi qazandırmayacaq, eyni zamanda zəngin bir mədəniyyətin qapılarını açacaq.