Haqqımızda

KNOWLEDGE ACADEMY: Bilik və uğurun ünvanı

Hər hansı bir dili öyrənərkən, yeni dünyagörüşü və həyat tərzi ilə qarşılaşırıq, dilin daşıyıcılarının adət-ənənələri, mədəniyyəti, tarixi ilə tanış oluruq. Bu səbəbdən də xarici dilin sadəcə bir sıra qrammatik və sintaksis qaydalardan ibarət olduğunu düşünmək yalnışdır. Xarici dili yaşından asılı olmayaraq müxtəlif səbəbdən: təhsil, səyahət, iş və ya hobbi olaraq hər kəs öyrənə bilər.

Xarici dil daha çox təhsil və iş üçün öyrənilir. Xaricdə təhsil almaq istəyən gənclər beynəlxalq dil imtahanlarına hazırlığı, karyerasında bir addım öndə olmaq istəyənlər isə sırf biznes üslubunu seçirlər.

KNOWLEDGE ACADEMY-də xarici universitetlərdə təhsil almaq üçün verilən SAT, TOEFL, IELTS, DELF, TesDAF və s. kimi imtahanlara hazırlıq təşkil edilir. Kursların intensivliyi və müddəti ilkin bilik səviyyəsindən asılı olaraq dəyişir.

Dövlət İmtahan Mərkəzi ilə imzalanan müqaviləyə əsasən, Kembric Universitetinin Rəsmi hazırlıq mərkəzi statusunu alan mərkəzimizdə Cambridge English Qualifications imtahanlarına, Pearson Academy ilə bağlanan müqaviləyə əsasən isə PTE imtahanlarına hazırlıq həyata keçirilir.
Bununla yanaşı KNOWLEDGE ACADEMY-də iş adamları və müxtəlif sahələr üzrə mütəxəssislər üçün korporativ dil kursları təşkil edilir.

“İşgüzar ünsiyyət üçün xarici dil” təlim proqramları təkcə peşəkar lüğətinizi zənginləşdirməyə deyil, həm də beynəlxalq biznes məkanında ünsiyyət bacarıqları əldə etməyə imkan verəcək. Kurslar sahibkarlar, menecerlər və mütəxəssislər üçün fərdi proqramlar əsasında aparılır. Burada tələbələrin dil səviyyəsi, fəaliyyət sahəsi və imkanları nəzərə alınır. Beləliklə, top menecment üzrə təlimlər konkret biznes sahəsinə fokuslanaraq həyata keçirilir.
Kursda audio və video materiallar təhlil edilir, conversation klublarda görüşlər keçirilir.

Vaxt azlığından mövcud xarici dil bilgilərini inkişaf etdirə bilməyənlər üçün onlayn dərslər əsl çıxış yoludur.

KNOWLEDGE ACADEMY bütün dillər üzrə dərslər əyani və onlayn şəkildə keçirilir.

İnstagram: knowledge_academy_az

Ünvan: Nəsib bəy Yusifbəyli 116, 116A, Əmrahlı İş Mərkəzi 5-ci mərtəbə

Telefon: (+994)502030983

0

Dil seçimi

0

Dərs qrupu

0

Şagird

0

Təcrübəli müəllim